“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala məktəblərində "Bilik günü" keçirilib

24/09/2026, 09:13
xeber1

15 sentyabr – Bilik Günü münasibətilə yeni tədris ilinə qədəm qoyan birinciləri təbrik etmək, onların ilk məktəb həyəcanına şərik olmaq üçün Neftçala rayonunun Həsənabad qəsəbə 2 nömrəli tam orta və Kürkənd kənd ümumi orta ümumtəhsil məktəblərində olduq.

İlk dəfə məktəb astanasından keçən balacaları kiçik hədiyyələrlə və onların dəyərli müəllimlərini isə gül dəstələri ilə təbrik etdik.

Balacaların söylədikləri şeirlər, oxuduqları mahnılar və üzlərindəki sevinc məktəbin ilk gününə xüsusi gözəllik qatdı.

Hər bir birincinin məktəb yolu uğurlu, arzuları böyük, gələcəyi parlaq olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: