Xəbərlər
Neftçala məktəbliləri Mingəçevirdə keçirilən "Kürün nəbzi" adlı düşərgədə
24/09/2026, 09:18

Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri 10-13 sentyabr tarixlərində Mingəçevirdə keçirilən "Kürün nəbzi" adlı Skautların Avarçəkmə Düşərgəsində iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, düşərgədə şagirdlərə liderlik edən ittifaq üzvümüz 1 nömrəli tam orta məktəbin müəllimi Əzəmət Babayevadır.
Düşərgənin məqsədi uşaq, yeniyetmə və gənc skautların asudə vaxtlarının səmərəli və məhsuldar təşkil olunması, həmçinin onları Azərbaycanın digər maraqlı yerlərini və insanlarını tanıtdırmaq, şəhərin tarixi ilə yaxından tanış etməkdəndir.












