“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala məktəbliləri İsmayıllıda keçirilən 3 günlük düşərgədə iştirak ediblər

21/05/2026, 13:27
xeber1

Neftçala skautları İsmayıllıda


ETİHİ Neftçala Rayon Komitəsinin üzv təşkilatı olan Samid İmanov adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup şagirdi İsmayıllı rayonunda təşkil olunan “Təbiətin çağırışı” adlı 3 günlük düşərgədə iştirak ediblər.

Düşərgənin əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılması, onların təbiətə sevgi ruhunda tərbiyə olunması, komanda işi bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili olub. Şagirdlər düşərgə müddətində müxtəlif maarifləndirici təlimlərə qatılıb, ətraf mühitin qorunması, təbii sərvətlərdən düzgün istifadə və sağlam həyat tərzi mövzularında məlumatlar əldə ediblər.

Təbiət qoynunda keçirilən maraqlı yarışlar, intellektual oyunlar, idman estafetləri və komanda tapşırıqları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlər həmçinin yürüşlərdə iştirak edib, rayonun füsunkar təbiəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Axşam saatlarında təşkil olunan musiqili və əyləncəli proqramlar düşərgəyə xüsusi rəng qatıb.

Düşərgə iştirakçıların yeni dostluqlar qurmasına, kollektiv ruhunun möhkəmlənməsinə və onların öz bacarıqlarını nümayiş etdirməsinə geniş şərait yaradıb. Şagirdlər düşərgədən xoş təəssüratlarla ayrılıb, bu cür layihələrin onların şəxsi inkişafında mühüm rol oynadığını bildiriblər.

Şagirdlərə dəstək göstərdiklərinə görə Ülviyyə müəllim, Cavid müəllim və Əzəmət müəllimə ETİHİ kollektivi adından təşəkkür edirik!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: