“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala müəllimlərinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ilə görüşü baş tutub

03/03/2026, 09:33
xeber1

Müəllimlərin istirahətinin gedişi ilə daha yaxından maraqlanmaq məqsədilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə istirahət mərkəzinə gələrək müəllimlərlə səmimi görüş keçirib.

Görüş zamanı müəllimlərin istirahət şəraiti, sağlamlıq vəziyyəti və ümumi məmnunluq səviyyəsi ilə maraqlanılıb, onların təklif və fikirləri diqqətlə dinlənilib. Səsləndirilən suallar ətraflı şəkildə cavablandırılıb, irəli sürülən təşəbbüslər isə qeydiyyata alınaraq gələcək fəaliyyət planlarında nəzərə alınacağı bildirilib.

Səmimi və qarşılıqlı etimad şəraitində keçən görüş müəllimlər tərəfindən böyük razılıqla qarşılanıb. Bu diqqət və qayğı onların həm istirahətini daha mənalı edib, həm də həmkarlar ittifaqına olan inamını bir daha möhkəmləndirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: