“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala Peşə Məktəbinin kollektivi üçün Qəbələ rayonuna ekskursiya təşkil olunub

31/07/2026, 10:22
xeber1

“Həmkarla gəzək” layihəsi çərçivəsində bu dəfə Neftçala Peşə məktəbinin pedaqoji kollektivi üçün Qəbələ rayonuna ekskursiya təşkil olunub.

Səfərin əsas məqsədi həmkarların asudə vaxtının səmərəli təşkili, kollektiv arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq olub.

Ekskursiya zamanı iştirakçılar Qəbələnin görməli məkanlarını ziyarət ediblər. Onlar bölgələrin qədim tarixi, mədəniyyəti və turizm potensialı haqqında ətraflı məlumat əldə edib, əsrarəngiz təbiət mənzərələri fonunda xoş və yaddaqalan anlar yaşayıblar.

“Həmkarla gəzək” layihəsi çərçivəsində təşkil olunan bu cür səfərlər həmkarlar arasında ünsiyyəti möhkəmləndirməklə yanaşı, onların mənəvi istirahətinə və ölkəmizin müxtəlif guşələrinin daha yaxından tanınmasına da xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: