“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala rayon məktəblərində qızlar arasında voleybol yarışı təşkil olunub

24/04/2026, 12:51
xeber1

Bu gün Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd tam orta ümumtəhsil məktəbi və Bankə qəsəbəsi Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagird qızları arasında voleybol üzrə dostluq görüşü təşkil olunub.

Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, eyni zamanda məktəblərarası dostluq münasibətlərinin möhkəmləndirilməsi olub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə hər iki komanda yüksək hazırlıq səviyyəsi və komanda ruhu nümayiş etdirib.

Nəticədə daha üstün oyun sərgiləyən Bankə qəsəbəsi Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin qızlardan ibarət komandası qalib adını qazanıb.

Yarışın sonunda qalib komandalar medal və hədiyyələrlə təltif olunub. Bununla yanaşı, tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılar və idman müəllimləri də mükafatlarla təltif ediliblər.

Keçirilən bu dostluq görüşü iştirakçılar arasında xoş təəssüratlar yaratmaqla yanaşı, gələcəkdə daha genişmiqyaslı yarışların təşkili üçün də stimul oldu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: