“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala rayon Xıllı qəsəbə məktəbində 2 müəllimin 65 illik yubileyi qeyd olunub

15/07/2026, 15:42
xeber1

Neftçalada “Həmkara dəyər” layihəsində növbəti yubileylər qeyd olunub.

Belə ki, Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində uzunillik pedaqoji fəaliyyətləri ilə seçilən Azərbaycan dili və ədəbiyyat müəllimləri – Sədyarova Mətanət İsgəndər qızı və Axundova Pərvanə Balamirzə qızının 65, Babayeva Sevil Sadıq qızının isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Tədbirdə yubilyar müəllimlərin təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyət, gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz xidmətləri və məktəbin inkişafına verdikləri töhfələr xüsusi vurğulanıb. Çıxış edən həmkarları onların yüksək peşəkarlığından, insanpərvərliyindən və müəllim adına layiq nümunəvi fəaliyyətlərindən bəhs edərək yubilyarlara ən xoş arzularını çatdırıblar.

Bayram əhval-ruhiyyəsində keçən tədbirdə yubilyarlara gül dəstələri təqdim olunub, fəxri fərman və mükafatlarla təltif ediliblər. Daha sonra məktəbdə səmimi çay süfrəsi ətrafında xoş söhbətlər aparılıb, xatirələr bölüşülüb və yaddaqalan anlar yaşanıb.

Sonda yubilyarlar onlara göstərilən diqqət və qayğıya görə məktəb rəhbərliyinə, həmkarlarına və ETİHİ ailəsinə dərin minnətdarlıqlarını bildirərək, bu səmimi münasibətin onlar üçün ən dəyərli hədiyyələrdən biri olduğunu qeyd ediblər.

Yubilyar müəllimlərimizi bir daha ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: