Xəbərlər
Neftçala rayonu Bankə qəsəbəsindəki məktəbdə həmkarlar ittifaqı üzvləri ilə görüşü keçirilib
ETİHİ Neftçala rayon Komitəsinin “Ey hörmətli müəllim” layihəsi çərçivəsində bu dəfə Neftçala rayonu Bankə qəsəbə Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüşü keçirilib.
Görüş zamanı müəllimlərin sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının qorunması və iş mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbir çərçivəsində həmkarlar ittifaqının fəaliyyəti, həyata keçirilən layihələr və üzvlər üçün nəzərdə tutulan sosial dəstək mexanizmləri haqqında ətraflı məlumat verilib. Müəllimləri maraqlandıran suallar cavablandırılmış, onların təkliflərinin gələcək fəaliyyət planlarında nəzərə alınacağı qeyd olunub.
Görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçmiş, müəllimlərlə birbaşa ünsiyyətin əhəmiyyəti xüsusi vurğulanıb.



