“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala rayonu Mikayıllı kəndində ittifaq üzvləri ilə görüş keçirilib

22/06/2026, 15:56
xeber1

“Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala rayonu Mikayıllı kənd ümumi orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.

Görüşün rəsmi hissəsində məktəbin pedaqoji və texniki heyəti ilə səmimi fikir mübadiləsi aparılıb. Təhsil müəssisəsində çalışan əməkdaşların sosial vəziyyəti, əmək şəraiti, peşə fəaliyyəti və qarşılaşdıqları məsələlərlə yaxından maraqlanıblar. Həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin hüquq və vəzifələri, sosial müdafiə tədbirləri, həyata keçirilən layihələr və gələcək planlar barədə ətraflı məlumat verilib. Görüş zamanı ittifaq üzvlərinin təklif və müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin bədii hissəsi isə məktəbin birinci sinif şagirdlərinin hazırladığı “Əlifba bayramı” ilə davam edib. Balaca məktəblilər böyük həvəslə hazırladıqları maraqlı çıxışlarla tədbir iştirakçılarına xoş anlar yaşadıblar.

Tədbirin sonunda birinci sinfi uğurla başa vuran şagirdlərin hər birinə ETİHİ Neftçala Rayon Komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələrin təqdim edilməsi uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib və onların təhsilə marağının artırılmasına xidmət edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: