“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala rayonu Xol Qaraqaşlı kəndində ittifaq üzvləri ilə görüş keçirilib

01/06/2026, 09:27
xeber1

Neftçala rayonu Xol Qaraqaşlı kənd ümumi orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, iş şəraiti ilə tanış olmaq, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.

Eyni zamanda, Xol Qaraqaşlı kənd ümumi orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Cəfərov Cəbrayıl Mikayıl oğlunun 65 illik yubileyi də qeyd olunub. Yubiley tədbirində müəllimə uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri fərman və mükafat təqdim olunub. Tədbir zamanı çıxış edənlər yubilyarın pedaqoji və ictimai fəaliyyətindən, onun gənc nəslin yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərindən bəhs ediblər.

Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: