Xəbərlər
Neftçala rayonu Yeniqışlaq kəndində ittifaq üzvləri ilə görüş keçirilib

“Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala rayonu Asif Dadaşov adına Yeniqışlaq kənd ümumi orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.
Komitənin sədri Könül Məmmədova müəllimlərlə səmimi söhbətlər aparıb, onların iş şəraiti ilə yaxından tanış olub, sosial və psixoloji təhlükəsizlik vəziyyəti barədə məlumat toplayıb.
Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.





