Xəbərlər
Neftçala rayonunda iki təhsil işçisinin yubileyi qeyd olunub
22/06/2026, 16:27

“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala şəhər 2 saylı Körpələr evi uşaq bağçasının əməkdaşları Mikayılova Təranə Ağamirzə qızı və Zeynalova Züleyxa Əliniyaz qızının 60 illik yubileyləri qeyd olunub.
Tədbirdə bağça kollektivi, həmkarlar iştirak edərək yubilyarları təbrik edib, onların uzun illər ərzində göstərdikləri səmərəli fəaliyyətindən danışıblar. Qeyd olunub ki, hər iki əməkdaş çalışdıqları müddətdə zəhmətkeşlikləri və kollektivdə qazandıqları hörmətlə seçiliblər.
Sonda yubilyarlara gül dəstələri və təşəkkürnamə təqdim olunub, xatirə şəkilləri çəkdirilib.





