Xəbərlər
Neftçala rayonunda təhsil işçisinin 65 illik yubileyi qeyd olunub

“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədzadə Rauf Alış oğlunun 65 illik yubileyi qeyd olunub.
Tədbir zamanı çıxış edənlər yubilyarın pedaqoji və ictimai fəaliyyətindən, onların gənc nəslin yetişdirilməsində göstərdikləri əvəzsiz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, bu cür dəyərli müəllimlərin fəaliyyəti hər zaman yüksək qiymətləndirilməli, onların təcrübəsi gənc nəslə nümunə kimi təqdim olunmalıdır.
Sonda yubilyara uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərman və mükafat təqdim olunub.
Kollektiv göstərilən diqqət və dəyərə görə ETİHİ ailəsinə təşəkkürünü bildirib.








