“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçala rayonunda təqaüddə olan riyaziyyat müəllimi Səmədova Lizə Ağakişi qızına baş çəkilib

22/06/2026, 16:25
xeber1

“Könüllü qonaq” uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, yüzlərlə şagirdin yetişməsində əvəzsiz xidmətləri olan Neftçala rayonu Həsənabad qəsəbəsi Tofiq İsmayılov adına 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi olmuş Səmədova Lizə Ağakişi qızının qonağı olub.

Görüşdə müəllimin müxtəlif illərdə təhsil verdiyi şagirdləri də iştirak ediblər. Onlar Lizə müəllimin onların həyatlarında oynadığı mühüm roldan, qazandıqları uğurlarda onun zəhmətinin və verdiyi biliklərin xüsusi payından bəhs ediblər.

Tədbir zamanı Lizə müəllimə uzunmüddətli və nümunəvi pedaqoji fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və hədiyyə təqdim edilib. Bu diqqət və ehtiram müəllim tərəfindən böyük məmnunluqla qarşılandı.

Səmimi söhbətlər, xatirələr və xoş təəssüratlarla yadda qalan görüşün sonunda Lizə müəllimə ona göstərilən yüksək ehtirama və diqqətə görə ETİHİ ailəsinə təşəkkürünü bildirib. O, müəllim əməyinə verilən dəyərin sevindirici olduğunu vurğulayaraq belə görüşlərin təhsil işçiləri üçün mənəvi dəstək olduğunu qeyd edib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: