Xəbərlər
Neftçalada 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib
04/06/2026, 14:37

“Könüllü qonaq” layihəsi bu dəfə Neftçala şəhəri İlkin Rzayev adına 4 nömrəli körpələr evi–uşaq bağçasında qonaq olub.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbirində balacalar hazırladıqları maraqlı rəqs nömrələri, musiqili kompozisiyalar və bir-birindən gözəl şeirlərlə çıxış edərək qonaqlara maraqlı anlar yaşadıb.
Sonda bağçanın bütün uşaqlarına bayram münasibətilə kiçik hədiyyələr təqdim edilib. Hədiyyələr balacaların sevincini daha da artırıb və onların üzündə təbəssüm yaradıb.
Dəvətə və təşkilatçılığa görə bağçanın müdiri Könül xanıma təşəkkür edirik!












