Xəbərlər
Neftçalada 2 nömrəli Körpələr evi–Uşaq bağçasında ittifaq üzvləri ilə görüş təşkil olunub

ETİHİ Neftçala Rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala rayonu Həsənabad qəsəbəsində yerləşən Nurəddin Ağahüseynov adına 2 nömrəli Körpələr evi–Uşaq bağçasında (KEUB) ittifaq üzvləri ilə görüş təşkil olunub.
Görüş zamanı Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova bağçada çalışan təhsilverənlərlə səmimi söhbət aparıb, onların gündəlik fəaliyyəti, əmək şəraiti, qarşılaşdıqları çətinliklər və təklifləri ilə maraqlanıb.
Görüşün ən xoş və yaddaqalan anları isə balaca fidanların hazırladıqları rəngarəng çıxışlar olub. Uşaqlar şeirlər söyləyib, mahnılar ifa edərək qonaqlara sevinc dolu anlar yaşadıblar. Onların səmimi təbəssümü və şirin çıxışları görüşə xüsusi ab-hava qatıb.









