“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada 28 aprel – Ümumdünya Əməyin mühafizəsi günü münasibətilə ittifaq üzvləri ilə maarifləndirici görüş təşkil olunub

27/04/2026, 12:14
xeber1

28 aprel – Ümumdünya Əməyin mühafizəsi günü münasibətilə ittifaq üzvləri ilə maarifləndirici görüş təşkil olunub.

Tədbirin əsas məqsədi əmək mühafizəsi sahəsində mövcud qanunvericilik, iş yerlərində təhlükəsizlik qaydaları, işçi hüquqlarının qorunması və sağlam əmək şəraitinin təmin olunmasının vacibliyi barədə iştirakçıları məlumatlandırmaq olub.

Görüş zamanı fərdi qaydada fəaliyyət göstərən vəkil Könül Dadaşova çıxış edərək əmək hüquqları, işçilərin hüquqi müdafiə imkanları, əmək müqavilələrinin düzgün tərtibi, iş yerində baş verə biləcək bədbəxt hadisələr zamanı hüquqi prosedurlar və işəgötürənin məsuliyyəti barədə ətraflı və maraqlı məlumatlar təqdim edib.

Tədbir çərçivəsində əmək mühafizəsinin yalnız hüquqi deyil, eyni zamanda sosial və mənəvi məsuliyyət olduğu vurğulanıb, hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə çalışmasının cəmiyyət üçün əhəmiyyəti qeyd edilib.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və iştirakçılar bu cür maarifləndirici tədbirlərin davamlı təşkil olunmasının vacibliyini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: