Xəbərlər
Neftçalada 4 nömrəli tam orta məktəbin kollektivi üçün Masallı rayonuna ekskursiya təşkil olunub

“Həmkarla gəzək” layihəsi çərçivəsində bu dəfə Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Lerik-Lənkəran rayonlarına ekskursiya təşkil olunub.
Səfərin əsas məqsədi həmkarların asudə vaxtının səmərəli təşkili, kollektiv arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq olub.
Ekskursiya zamanı iştirakçılar Lerik və Lənkəranın füsunkar təbiəti, tarixi abidələri və görməli məkanlarını ziyarət ediblər. Onlar bölgələrin qədim tarixi, mədəniyyəti və turizm potensialı haqqında ətraflı məlumat əldə edib, əsrarəngiz təbiət mənzərələri fonunda xoş və yaddaqalan anlar yaşayıblar.
Səfər boyunca müəllimlər üçün müxtəlif istirahət və xatirə proqramları təşkil edilib, maraqlı söhbətlər aparılıb, xatirə şəkilləri çəkdirilib. Ekskursiya iştirakçıların böyük məmnunluğu ilə qarşılanıb və kollektiv üzvləri bu cür layihələrin davamlı keçirilməsinin həm iş motivasiyasına, həm də kollektiv ruhunun güclənməsinə mühüm töhfə verdiyini bildiriblər.
“Həmkarla gəzək” layihəsi çərçivəsində təşkil olunan bu cür səfərlər həmkarlar arasında ünsiyyəti möhkəmləndirməklə yanaşı, onların mənəvi istirahətinə və ölkəmizin müxtəlif guşələrinin daha yaxından tanınmasına da xidmət edir.
Nəzərinizə çatdıraq ki, ekskursiya növbəli şəkildə digər məktəblərə də şamil olunacaqdır







