Xəbərlər
Neftçalada 4 təhsil işçisinin yubileyi qeyd olunub

ETİHİ Neftçala rayon Komitəsi“Həmkara dəyər” layihəsi çərçivəsində 2 üzv təşkilatımızda 4 təhsil işçisinin yubileyini qeyd edib.
Belə ki, Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın ibtidai sinif müəllimi Abdullayeva Aybəniz Əhədbala qızı 65, Qurbanova Fəridə Məhəmməd qızı 50 illik yubileyi, Neftçala rayonu Bankə qəsəbəsi Körpələr evi uşaq bağçasının əməkdaşı Babayeva Gülbəniz Kədər qızı 60, Quliyeva Könül Mahmudağa qızı 50 illik yubiley münasibətilə təbrik olunub.
Tədbir zamanı çıxış edənlər yubilyarların pedaqoji və ictimai fəaliyyətindən, onların gənc nəslin yetişdirilməsində göstərdikləri xidmətlərdən bəhs ediblər.
Sonda yubilyarlara fəxri fərmanlar, gül dəstələri və mükafatlar təqdim edilib. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd ediblər.








