“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada 50 il bağça müdiri işləmiş təqaüdçü müəllimə baş çəkilib

25/08/2026, 09:51
xeber1


“Könüllü qonaq” 50 ilə yaxın bağça müdiri işləmiş, “Tərəqqi” medallı təhsil işçisini ziyarət edib.

“Könüllü qonaq” layihəsi çərçivəsində uzun illər təhsil sahəsində fədakarlıqla çalışan, ömrünün böyük bir hissəsini məktəbəqədər təhsilin inkişafına həsr edən, “Tərəqqi” medallı təhsil işçisi Novruzova Zöhrə Ağagül qızı ziyarət olunub.

Görüş zamanı bu xoş sürpriz müəllimə böyük sevinc və kövrək duyğular yaşadıb. Səmimi söhbət ətrafında onun uzun illik əmək fəaliyyəti, bağça rəhbəri kimi keçdiyi şərəfli yol və yadda qalan xatirələri bir daha yada salınıb.

Görüşdə Zöhrə müəllimin keçmiş həmkarlarının da iştirakı görüşə xüsusi rəng qatıb. İllərin həmkarları arasında səmimi söhbətlər aparılıb, maraqlı xatirələr bölüşülüb, keçmişin unudulmaz anları xoş təbəssümlərlə xatırlanıb.


Zöhrə müəllimə Komitə sədri Könül Məmmədova tərəfindən əməyinə verilən dəyərin və göstərdiyi xidmətlərə olan ehtiramın ifadəsi olaraq Fəxri Fərman, gül dəstəsi və xatirə hədiyyəsi təqdim olunub.

Tədbirin sonunda Zöhrə müəllim göstərilən yüksək diqqət və ehtirama görə dərin minnətdarlığını ifadə edərək, ETİHİ ailəsinə təşəkkürünü bildirib.

“Könüllü qonaq” layihəsi cəmiyyətə örnək olmuş müəllimlərin zəngin həyat və fəaliyyət yolunu gənc nəslə tanıtmaq, onlara göstərilən ehtiramı ifadə etmək və müəllim əməyinə verilən dəyəri yaşatmaq məqsədi daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: