Xəbərlər
Neftçalada 80 yaşlı müəllim ziyarət olunub

“Könüllü qonaq” Neftçala rayonu Mirzəqurbanlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru və rus dili müəllimi olmuş Əskərova Soltanxanım Gülüş qızını ziyarət edib.
Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsinin sədri Könül Məmmədova, uzun illər təhsil sektorunda mühasib vəzifəsində çalışmış Münəvvər Sadıxova və hər iki qurumun əməkdaşları iştirak ediblər.
Görüş zamanı Soltanxanım Əskərovanın rayonun təhsil sistemindəki çoxillik səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki müstəsna xidmətləri və cəmiyyətin ictimai hayatındakı fəal rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, ömrünü elmə, təhsilə və ictimai işlərə həsr etmiş veteranların təcrübəsi və fədakarlığı hər zaman yüksək qiymətləndirilir və gənc nəsil üçün örnək təşkil edir. Səmimi söhbət əsnasında veteranın xatirələri dinlənilib, onun qayğı və ehtiyacları ilə maraqlanılıb.
Görüşün sonunda YAP Neftçala rayon təşkilatı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsi tərəfindən Soltanxanım Əskərovaya təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.









