“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada 82 yaşlı təqaüdçü ilə görüş keçirilib

18/05/2026, 09:28
xeber1

ETİHİ Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə Neftçala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fiziki tərbiyə müəllimi Dadaşov Əlipaşa Dadaş oğlunu ziyarət edib.

Görüş zamanı təqaüdçü müəllimin şərəfli və zəngin əmək fəaliyyətindən danışılıb, onun gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Əlipaşa müəllimə Komitə tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.

Şagirdlərinin görüşə qatılması Əlipaşa müəllimə olduqca sevindirici və duyğulu anlar yaşadıb. Səmimi söhbət zamanı ötən illər xatırlandı, müəllimlik peşəsinin şərəfi və məsuliyyəti haqqında fikirlər bölüşülüb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: