“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada 88 yaşlı müəllimə baş çəkilib

04/06/2026, 14:57
xeber1

ETİHİ Neftçala Rayon Komitəsinin həyata keçirdiyi “Könüllü qonaq” layihəsi çərçivəsində növbəti görüş Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Bəbirov Malik Əlihəsən oğlu ilə keçirilib.

Layihə çərçivəsində müəllimlərin keçmiş həmkarlarının da görüşə qoşulması bu səmimi məclisə xüsusi rəng qatıb. Uzun illərin zəhmətini, xatirələrini və dostluq bağlarını özündə birləşdirən bu görüş duyğulu anlarla yadda qalıb.

Görüş zamanı Malik müəllimə uzunmüddətli pedaqoji fəaliyyətinə və təhsilin inkişafına verdiyi dəyərli töhfələrə görə fəxri fərman və mükafat təqdim olunub.

Sonda göstərilən diqqət və qayğıya görə təşkilatçılara və qonaqlara dərin minnətdarlıq bildirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: