“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada 90 yaşlı müəllimə baş çəkilib

08/09/2026, 10:00
xeber1

“Könüllü qonaq” uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, yüzlərlə şagirdin yetişməsində əvəzsiz xidmətləri olan Neftçala rayonu Kür Qarabucaq kənd ümumi orta ümumtəhsil məktəbinin biologiya müəllimi olmuş Qafarova Validə Məlikhüseyn qızının qonağı olub.

Görüşdə müəllimin müxtəlif illərdə təhsil verdiyi şagirdləri və təqaüddə olan həmkarları da iştirak ediblər. Onlar Validə müəllimin onların həyatlarında oynadığı mühüm roldan, qazandıqları uğurlarda onun zəhmətinin və verdiyi biliklərin xüsusi payından bəhs ediblər.

Görüş zamanı Validə müəllimə uzunmüddətli və nümunəvi pedaqoji fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və hədiyyə təqdim edilib.

Səmimi söhbətlər, xatirələr və xoş təəssüratlarla yadda qalan görüşün sonunda Validə müəllim ona göstərilən yüksək ehtirama və diqqətə görə ETİHİ ailəsinə təşəkkürünü bildirib. O, müəllim əməyinə verilən dəyərin sevindirici olduğunu vurğulayaraq belə görüşlərin təhsil işçiləri üçün mənəvi dəstək olduğunu qeyd edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: