“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada 95 yaşlı müəllim ziyarət olunub

08/06/2026, 11:30
xeber1

ETİHİ Neftçala Rayon Komitəsinin həyata keçirdiyi “Könüllü qonaq” layihəsi çərçivəsində növbəti görüş Neftçala şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin rəsm müəllimi olmuş İmanov Fikrət Güləhməd oğlu ilə keçirilib.

Layihə çərçivəsində müəllimlərin keçmiş həmkarlarının da görüşə qoşulması bu səmimi məclisə xüsusi rəng qatıb. Uzun illərin zəhmətini, xatirələrini və dostluq bağlarını özündə birləşdirən bu görüş duyğulu anlarla yadda qalıb.

Görüş zamanı Fikrət müəllimə uzunmüddətli pedaqoji fəaliyyətinə və təhsilin inkişafına verdiyi dəyərli töhfələrə görə fəxri fərman və mükafat təqdim olunub.

Sonda müəllimin ailəsi göstərilən diqqət və qayğıya görə təşkilatçılara və qonaqlara öz təşəkkürünü bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: