Xəbərlər
Neftçalada Azərbaycan Skautlar Assosiasiyasının təlim və düşərgələrində fəal iştirak edən şagirdlərlə görüş keçirilib

ETİHİ Neftçala rayon Komitəsinin təşəbbüsü ilə Azərbaycan Skautlar Assosiasiyasının təşkil etdiyi təlim və düşərgələrdə fəal iştirak edən şagirdlərlə görüş keçirilib.
Tədbir zamanı düşərgələrdə fəal iştirak edən müəllim Əzəmət Əsədovaya təşəkkürnamə və hədiyyə, şagirdlərə isə təşəkkürnamələr təqdim olunub, onların uğurları yüksək qiymətləndirilib. Şagirdlər düşərgə ilə bağlı təəssüratlarını bölüşüb, tədbirin onlar üçün yaddaqalan olduğunu bildiriblər. Çıxışçılar bu cür düşərgələrin uşaqların dünyagörüşünün formalaşmasında, vətənpərvərlik ruhunun gücləndirilməsində və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynadığını vurğulayıblar. Məlumat üçün deyək ki, qrant layihənin rəhbəri Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Ülviyyə Abdullayevadır.
Daha sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülrux Nağıyeva qonaqlaea Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Uşaqlar həmçinin Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Təşkilati dəstəyə görə Heydər Əliyev Mərkəzinin bütün əməkdaşlarına təşəkkür edirik!












