Xəbərlər
Neftçalada “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində daha iki kənd məktəbində ittifaq üzvləri ilə görüş keçirilib

“Ey hörmətli müəllim!” layihəsi çərçivəsində Neftçala rayonu Seymur Süleymanov adına Ərəbqardaşbəyli və İbrahim Babayev adına Şirvanlı kənd tam orta ümumtəhsil məktəblərində ittifaq üzvləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.
Komitənin sədri Könül Məmmədova müəllimlərlə səmimi söhbətlər aparıb, onların iş şəraiti ilə yaxından tanış olub, sosial və psixoloji təhlükəsizlik vəziyyəti barədə məlumat toplayıb.
Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.








