“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada "Həmkara dəyər" layihəsi çərçivəsində 2 nəfərin 65 illik yublieyi qeyd olunub

29/04/2026, 16:18
xeber1

“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı Abdulrəhimova Kəmalə Həsənqulu qızının və Bəhruz Həşimov adına Boyat kənd tam orta ümumtəhsil məktəbinin əməkdaşı Kərimova Xoşbəxt Oruc qızının 65 illik yubileyləri qeyd olunub.

Tədbirdə məktəb kollektivləri, həmkarlar iştirak edərək yubilyarları səmimi münasibətlə təbrik edib, onların uzun illər ərzində göstərdikləri səmərəli fəaliyyətindən danışıblar. Qeyd olunub ki, hər iki əməkdaş çalışdıqları müddətdə zəhmətkeşlikləri və kollektivdə qazandıqları hörmətlə seçiliblər.

Sonda yubilyarlara gül dəstələri, fəxri fərmanlar və mükafat təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: