“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada “Həmkara dəyər” layihəsi çərçivəsində 65 yaş qeyd olunub

20/04/2026, 17:49
xeber1

“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala şəhər M. Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi, uzun illər pedaqoji fəaliyyət göstərmiş Heybətova İradə Şirin qızının 65 illik yubileyi böyük səmimiyyətlə qeyd olunub.

Tədbir zamanı yubilyarın təhsil sahəsindəki çoxillik xidmətlərindən, Azərbaycan dili və ədəbiyyatının tədrisində göstərdiyi yüksək peşəkarlıqdan geniş bəhs edilmişdir.

Görüş zamanı həmkarları, məktəb kollektivi tərəfindən ünvanlanan xoş sözlər, səmimi təbriklər yubilyar üçün unudulmaz anlar yaşadıb və İradə müəllim ETİHİ ailəsinə diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.

Yubiley tədbirində müəllimə çoxillik fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və mükafat təqdim olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: