Xəbərlər
Neftçalada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Azərbaycanı tanı” intellektual yarış keçirilib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Azərbaycanı tanı” intellektual xəritə yarışı keçirilib.
Tədbirin əsas məqsədi iştirakçıların Azərbaycanın tarixi və coğrafiyası haqqında biliklərini artırmaq, eyni zamanda müəllimlər arasında sağlam rəqabət və intellektual mühiti təşviq etmək olub.
Yarış üç mərhələdən ibarət təşkil olunub. Hər turda fərqlənən iştirakçılar növbəti mərhələyə vəsiqə qazanıblar. Birinci, ikinci və üçüncü turun qalibləri final mərhələsində iştirak etmək hüququ əldə edib. Final mərhələsi maraqlı və gərgin mübarizə şəraitində keçib, daha çevik və cəld olan müəllimlər qalib gəliblər.
Belə ki, yekun nəticələrə əsasən;
I yerə Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Aynurə Əhədova(6 dəqiqə 29 saniyə);
II yerə Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Xanım Abasova(7 dəqiqə 23 saniyə);
lll yerə yerə Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Nazilə Əhmədova(8 dəqiqə 8 saniyə) layiq görülüblər.
Qalib müəllimlər ETİHİ Neftçala rayon Komitəsi tərəfindən təşəkkürnamə və mükafatlarla təltif ediliblər.
Sonda xəritələrin təşkilində göstərdiyi fəallığa görə könüllü Murad Hidayətzadəyə təşəkkürnamə və mükafat təqdim olunub.
Yarışda iştirak edən müəllimlər belə yarışların vətənpərvərlik ruhunun gücləndirilməsi və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər və təşkilatçılara minnətdarlıqlarını bildiriblər!



