“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada inteqrasiya təlimli internat tipli gimnaziyanın kollektivi üçün Qəbələ və İsmayıllıya ekskursiya təşkil olunub

29/06/2026, 11:05
xeber1

“Həmkarla gəzək” layihəsi çərçivəsində bu dəfə Neftçala şəhəri Mehman Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın pedaqoji kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına ekskursiya təşkil olunub.

Səfərin əsas məqsədi həmkarların asudə vaxtının səmərəli təşkili, kollektiv arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq olub.

Ekskursiya zamanı iştirakçılar Qəbələ və İsmayıllının füsunkar təbiəti, tarixi abidələri və görməli məkanlarını ziyarət ediblər. Onlar bölgələrin qədim tarixi, mədəniyyəti və turizm potensialı haqqında ətraflı məlumat əldə edib, əsrarəngiz təbiət mənzərələri fonunda xoş və yaddaqalan anlar yaşayıblar.

Səfər boyunca müəllimlər üçün müxtəlif istirahət və xatirə proqramları təşkil edilib, maraqlı söhbətlər aparılıb, xatirə şəkilləri çəkdirilib. Ekskursiya iştirakçıların böyük məmnunluğu ilə qarşılanıb və kollektiv üzvləri bu cür layihələrin davamlı keçirilməsinin həm iş motivasiyasına, həm də kollektiv ruhunun güclənməsinə mühüm töhfə verdiyini bildiriblər.

“Həmkarla gəzək” layihəsi çərçivəsində təşkil olunan bu cür səfərlər həmkarlar arasında ünsiyyəti möhkəmləndirməklə yanaşı, onların mənəvi istirahətinə və ölkəmizin müxtəlif guşələrinin daha yaxından tanınmasına da xidmət edir.

Nəzərinizə çatdıraq ki, ekskursiya növbəli şəkildə digər məktəblərə də şamil olunacaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: