“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada ittifaq üzvləri üçün Masallı rayonuna ekskursiya təşkil olunub

22/06/2026, 16:14
xeber1

ETİHİ Neftçala rayon Komitəsinin dəstəyi ilə Neftçala şəhər 2 nömrəli tam оrtа ümumtəhsil məktəbinin kollektivi üçün Masallı rayonuna ekskursiya təşkil olunub. Səfər zamanı iştirakçılar cənub bölgəsinin görməli və tarixi məkanları ilə tanış olub, maraqlı və yaddaqalan anlar yaşayıblar.

Ekskursiyanın əsas məqsədi həmkarlar arasında birlik, bərabərlik, qarşılıqlı hörmət və mehriban münasibətlərin daha da möhkəmləndirilməsi, kollektiv ruhunun gücləndirilməsi olub. Səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.

Nəzərinizə çatdıraq ki, ekskursiya növbəli şəkildə digər məktəblərə də şamil olunacaqdır

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: