Xəbərlər
Neftçalada ittifaq üzvləri üçün Quba rayonuna ekskursiya təşkil olunub
11/06/2026, 15:05

ETİHİ Neftçala rayon Komitəsinin dəstəyi ilə Zabil Əsgərov adına Aşağı Surra kənd tam оrtа ümumtəhsil məktəbinin kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub. Səfər zamanı iştirakçılar rayonun görməli və tarixi məkanları ilə tanış olub, maraqlı və yaddaqalan anlar yaşayıblar.
Ekskursiyanın əsas məqsədi həmkarlar arasında birlik, bərabərlik, qarşılıqlı hörmət və mehriban münasibətlərin daha da möhkəmləndirilməsi, kollektiv ruhunun gücləndirilməsi olub. Səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.
Nəzərinizə çatdıraq ki, ekskursiya növbəli şəkildə digər məktəblərə də şamil olunacaqdır








