Xəbərlər
Neftçalada ittifaq üzvünün 50 yaşı qeyd edilib
26/10/2026, 12:15

“Həmkara dəyər” layihəsi çərçivəsində ittifaq üzvümüz-M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Mahmudova Aytəkin Zakir qızının 50 illik yubileyi münasibətilə onu təbrik etdik.
Səmimi görüş zamanı Aytəkin müəllimi əlamətdar yubileyi münasibətilə təbrik edərək ona gül dəstələri və hədiyyə təqdim etdik, xoş arzularımızı çatdırdıq.
Tədbir zamanı Aytəkin müəllimin həmkarları da onu 50 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Yubilyar göstərilən diqqət və qayğıya görə ETİHİ ailəsini təşəkkürünü bildirib.





