Xəbərlər
Neftçalada ittifaq üzvünün 65 yaşı qeyd olunub
25/08/2026, 09:45

“Həmkara dəyər” layihəsi çərçivəsində Neftçala rayon Təhsil Sektorunun Mərkəzləşdirilmiş Mühasibatlığının mühasibi Talıbova Niyar İnqilab qızının 65 illik yubileyi keçirilib.
Səmimi və duyğulu ab-havada keçən görüşdə Niyar xanımla uzun illər birlikdə çalışdığı həmkarları iştirak ediblər. Çıxış edənlər ittifaq üzvümüzün peşəkarlığından, yüksək insani keyfiyyətlərindən söz açıblar.
Görüş zamanı yubilyara uzunmüddətli, nümunəvi fəaliyyətinə görə fəxri fərman, gül dəstəsi və mükafat təqdim olunub.





