“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada kənd məktəb və bağçalarında ittifaq üzvləri ilə görüş keçirilib

17/04/2026, 11:40
xeber1

ETİHİ Neftçala Rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim” layihəsi çərçivəsində rayonun Mayak kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində və həmin ərazidə fəaliyyət göstərən uşaq bağçasında ittifaq üzvləri ilə görüş təşkil olunub.

Görüş zamanı təhsil işçilərinin gündəlik fəaliyyəti, iş şəraiti və tədris mühitinin mövcud vəziyyəti ilə yaxından tanışlıq aparılıb. Müəllim və tərbiyəçilərlə səmimi mühitdə fikir mübadiləsi aparılaraq onların qarşılaşdıqları çətinliklər, təklif və iradları diqqətlə dinlənilib. Xüsusilə sosial rifahın yaxşılaşdırılması, iş şəraitinin daha da təkmilləşdirilməsi və peşə fəaliyyətində qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

Eyni zamanda, ittifaq üzvlərinə göstərilən diqqət və qayğının davamlı olması, onların hüquq və mənafelərinin qorunmasının prioritet olduğu vurğulanıb. Layihənin əsas məqsədinin müəllimlərin əməyinə dəyər vermək, onların problemlərini yerində öyrənmək və operativ həll yolları tapmaq olduğu qeyd edilib.

Görüş qarşılıqlı anlaşma və səmimi dialoq şəraitində keçərək, iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu cür görüşlərin davamlı olaraq keçirilməsinin təhsil işçiləri ilə daha sıx əlaqələrin qurulmasına və onların motivasiyasının artırılmasına müsbət təsir göstərəcəyi bildirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: