Xəbərlər
Neftçalada “Könüllü qonaq” layihəsi çərçivəsində Şəhid ailəsi ilə görüş keçirilib
10/04/2026, 16:17

ETİHİ Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində ittifaq üzvümüz şəhid Məhəmməd Kərimlinin anası Gülşən Kərimova və bacısı Yeganə Kərimlinin ailəsini ziyarət edib.
Görüş zamanı ailə ilə səmimi söhbət aparılıb, onların gündəlik qayğıları və problemləri ilə yaxından maraqlanılıb.
Görüş zamanı Yeganə Kərimlinin serebral iflic və əqli gerilikdən əziyyət çəkən qızı Mələk Dadaşzadə ilə də söhbət aparılıb. Balaca Mələk Komitə tərəfindən psixoloq və loqoped dəstəyi ilə təmin olunacaq.
Gülşən xanım göstərilən diqqət və qayğıya görə ETİHİ ailəsinə təşəkkürünü bildirib.
Allahdan Mələk balamıza şəfa, ailəsinə isə səbir diləyirik!





