Xəbərlər
Neftçalada nənə-babasının himayəsində qalan əlaçı şagirdlərə baş çəkildi
31/07/2026, 10:12

“Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə analarını körpə yaşlarında itirmiş, nənə və babalarının himayəsində böyüyən bacı-qardaşları ziyarət etdik.
Onların qayğıları ilə maraqlandıq, səmimi söhbət etdik və kiçik hədiyyələrimizlə üzlərində təbəssüm yaratmağa çalışdıq. Ümid edirik ki, göstərdiyimiz diqqət və qayğı Mətanət və Elmirə tək olmadıqlarını hiss etdirdi.
Qeyd edək ki, Mətanət və Elmir Neftçala rayonu Zakir Sadıqov adına Qaraqaşlı kənd ümumi orta ümumtəhsil məktəbində təhsil alırlar və əlaçıdırlar.






