Xəbərlər
Neftçalada nümunəvi təqaüdçü müəllim təltif olunub

ETİHİ Neftçala Rayon Komitəsinin həyata keçirdiyi “Könüllü qonaq” layihəsi çərçivəsində növbəti görüş Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Abdıyev Dilavər Müseyib oğlu ilə keçirilib.
Görüş zamanı Dilavər müəllimin təhsil sahəsindəki uzunillik səmərəli fəaliyyəti, şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində gördüyü işlər, məktəbin ictimai həyatındakı fəallığı və həmkarları arasında qazandığı hörmət xüsusi vurğulanıb.
Tədbirdə Dilavər müəllimin həmkarları da iştirak edərək onun müəllimlik fəaliyyətindən, peşəkarlığından və insanpərvər keyfiyyətlərindən söz açıblar. Çıxış edənlər onun gənc nəslin maariflənməsində və tarix fənninə marağın artırılmasında göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər.
Səmimi və xoş ovqatda keçən görüşün sonunda Komitə tərəfindən Dilavər müəllimə təhsil sahəsindəki xidmətlərinə görə Fəxri fərman və hədiyyə təqdim olunub.







