Xəbərlər
Neftçalada ömrünü müqəddəs müəllimlik peşəsinə həsr edən müəllim, mərhum Şəhrəbanu Babayevanın xatirəsi yad edilib
“Həmkarını tanı” layihəsində bu dəfə ömrünü müqəddəs müəllimlik peşəsinə həsr edən, vətənə layiqli, savadlı və tərbiyəli yüzlərlə şagird yetişdirən Şəhrəbanu Babayeva haqqında danışacağıq.
ETİHİ Neftçala rayon Komitəsi və Bankə məktəbinin müəllimləri ilə birlikdə Şəhrəbanu müəllimin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib.
Mərhum müəllimin şagirdi olmuş Neftçala rayonu Bankə qəsəbə Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin azərbaycan dili və ədəbiyyat müəllimi Qəmər müəllim öz təəssüratlarını bölüşdü…
Babayeva Şəhrəbanu Qafur qızı 5 may 1956-cı ildə anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirərək pedaqoji fəaliyyətinə Neftçala rayonu Bankə qəsəbəsi Ə. Cəfərov adına 1 saylı tam orta ümumtəhsil məktəbində azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır.
Uzun illər ərzində çalışdığı kollektivdə və şagirdləri arasında böyük hörmət və sevgi qazanmışdır.
O, şagirdlərin təlim-tərbiyəsində, rayon səviyyəli yarış və olimpiadalarda, inşa müsabiqələrində fəal iştirak etmiş, eyni zamanda məktəbdə keçirilən ədəbi-bədii gecələrin təşkilində əvəzsiz xidmətlər göstərmişdir.
Şəhrəbanu müəllimə hər zaman mehribanlığı, mədəniyyəti, yüksək savadı və insanpərvərliyi ilə yadda qalmış, onu tanıyan hər kəsin qəlbində əziz bir xatirəyə çevrilmişdir.
Dəyərli pedaqoq 22 may 2024-cü ildə vəfat etmişdir.
Onu dərin ehtiram və hörmətlə anırıq.
Allah rəhmət eləsin.



