Xəbərlər
Neftçalada Peşə Təmayüllü siniflərin sərgisi keçirilib

ETİHİ Neftçala rayon Komitəsinin üzv təşkilatı olan Əlif Piriyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Peşə Təmayüllü siniflərin sərgisi keçirilib.
Əvvəlcə sərgi ilə tanışlıq olub. Şagirdlərin hazırladıqları əl işləri və təqdim etdikləri nümunələr maraqla qarşılanıb. Daha sonra“Aşpaz köməkçisi” qrupunun şagirdləri tərəfindən hazırlanmış müxtəlif təamlar yüksək qiymətləndirilib.
Tədbirin sonunda məktəbin Peşə Təmayüllü sinif şagirdləri arasında keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və şəhərsalma-memarlıq mövzusuna həsr olunmuş yarışlarda qalib gələn şagirdlərin təltifetmə mərasimi keçirilib.
Qalib gələn şagirdləri təbrik edir, növbəti yarışlarda da uğurlar arzulayırıq.
Belə tədbirlər şagirdlərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması və gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.














