“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlərlə görüş keçirilib

25/08/2026, 10:08
xeber1

Təhsil həyatında böyük uğur qazanan, qəbul imtahanlarında 600-dan yüksək bal toplayaraq yüksək nəticə göstərən şagirdlərlə görüş keçirilib.


Görüşdə yüksək nəticə göstərən şagirdlərlə yanaşı, onların müəllimləri və valideynləri də iştirak ediblər. Səmimi və xoş ab-havada keçən görüşdə şagirdlərin qazandıqları uğurlar, imtahan prosesində qarşılaşdıqları çətinliklər, məqsədlərinə çatmaq üçün göstərdikləri əzm və zəhmət barədə maraqlı söhbətlər aparılıb.

Çıxış edən qonaqlar -YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəsi Gülər Mirzəyeva, məktəb direktorları, müəllimlər və valideynlər şagirdləri qazandıqları yüksək nəticə münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Bildirilib ki, bu nailiyyət yalnız şagirdlərin deyil, eyni zamanda onların müəllimlərinin və valideynlərinin birgə əməyinin nəticəsidir.

Görüş iştirakçıları tərəfindən şagirdlərin yüksək nəticələri xüsusi qeyd olunaraq onların əzmkarlığı və məsuliyyətli yanaşması təqdir edilib.

Sonda yüksək nəticə göstərən şagirdlərə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub. Görüş xoş söhbətlər və səmimi ünsiyyət şəraitində çay süfrəsi ətrafında davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: