“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada qocaman ibtidai sinif müəllimi ziyarət olunub

11/06/2026, 14:58
xeber1

ETİHİ Neftçala Rayon Komitəsinin həyata keçirdiyi “Könüllü qonaq” layihəsi çərçivəsində növbəti görüş Neftçala rayonu Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Mahmudova Şərqiyyə Mahmudağa qızı ilə keçirilib.

Görüş zamanı Şərqiyyə müəllimin təhsil sahəsindəki uzunillik səmərəli fəaliyyəti, şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində gördüyü işlər, məktəbin ictimai həyatındakı fəallığı və həmkarları arasında qazandığı hörmət xüsusi vurğulanıb.

Tədbirdə Şərqiyyə müəllimin şagirdləri də iştirak edərək onun müəllimlik fəaliyyətindən, peşəkarlığından və insanpərvər keyfiyyətlərindən söz açıblar. Çıxış edənlər onun gənc nəslin maariflənməsində və tarix fənninə marağın artırılmasında göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər.

Səmimi və xoş ovqatda keçən görüşün sonunda Komitə tərəfindən Şərqiyyə müəllimə təhsil sahəsindəki xidmətlərinə görə gül dəstələri, fəxri fərman və hədiyyə təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: