“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada Respublika Fənn Müsabiqəsinin qalibi mükafatlandırılıb

31/07/2026, 10:25
xeber1

Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi İbrahimli Zəhra Cavid qızı Respublika Fənn Müsabiqəsində təbiət fənni üzrə yüksək nəticə göstərərək gümüş medala layiq görülmüşdür.

Bu uğur münasibətilə məktəbin direktoru Ülviyyə Abdullayeva, Zəhranın müəllimi Nahidə Zeynalova və valideyni iştirak etmiş, onun qazandığı nailiyyət yüksək qiymətləndirilərək şagirdin əldə etdiyi uğurun məktəbin və rayonun təhsil sahəsində qazandığı mühüm nailiyyətlərdən biri olduğu qeyd edilib.

Sonda Zəhra İbrahimliyə ETİHİ Neftçala rayon Komitəsi adından təşəkkürnamə və hədiyyə təqdim edilib, gələcək müsabiqə və olimpiadalarda yeni-yeni uğurlar arzulanıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: