Xəbərlər
Neftçalada RFO-da medal qazanan şagirdlərlə görüş keçirilib
Neftçalada Respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edərək medal qazanan şagirdlərlə görüş keçirilib. Görüşdə şagirdlərin müəllimləri və məktəb rəhbərləri də iştirak ediblər.
Səmimi və maraqlı atmosferdə keçən tədbirdə şagirdlərin uğur yolu, hazırlıq prosesi və gələcək hədəfləri barədə geniş müzakirələr aparılıb, müəllim və şagirdlərlə fikir mübadiləsi olunub.
Könül Məmmədova çıxış edərək olimpiada qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda şagirdlərə gül dəstələri, hədiyyələr və diplomlar təqdim olunub. Olimpiadaçıların hazırlanmasında əməyi olan müəllimlər isə xüsusi mükafatlarla təltif ediliblər.
Qaliblərimizi bir daha təqdim edirik
Ələkbərzadə Malik Emin oğlu- Neftçala şəhər 4 saylı tam orta məktəb-coğrafiya-qızıl medal,birincilərin birincisi
İmanlı Selcan Samir qızı-Neftçala rayonu Aşağı Qaramanlı kənd ümumi orta ümumtəhsil məktəbi-biologiya-qızıl medal
Əlili Nüşabə Rafət qızı – Neftçala rayon Kürqarabucaq kənd ümumi orta məktəbi-Azərbaycan dili və ədəbiyyat-Gümüş medal
İmanlı Aynaz Samir qızı-Neftçala rayon Xıllı qəsəbə 2 nömrəli tam orta məktəb-fizika- gümüş medal
Mirzəli Səda Yadigar qızı – Neftçala şəhər 1 nömrəli tam orta məktəb-Azərbaycan dili və ədəbiyyat-Bürünc medal
Nədiyeva Aysun Vüsal qızı – Neftçala rayon Aşağı Surra kənd tam orta məktəbinin şagirdi-Azərbaycan dili və ədəbiyyatı-Bürünc medal
Əhmədzadə Tunar Aqşin oğlu-Neftçala rayon Aşağı Qaramanlı kənd ümumi orta məktəb- Kimya- bürünc medal
Respublika fənn olimpiadalarında yüksək nəticə qazanan şagirdlərimizi ürəkdən təbrik edirik!



