“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada sağlamlıq imkanları məhdud uşaqlara baş çəkilib

04/06/2026, 14:42
xeber1

ETİHİ Neftçala Rayon Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Könüllü qonaq” layihəsi çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlara- Nağızadə Nizami Zamin oğluna, Əbilova Dərya Elman qızına və Həsənova Aynur Ramiz qızına baş çəkilib.

Ziyarət zamanı uşaqların bayram sevinci bölüşülüb, onların qayğıları ilə maraqlanılıb və səmimi söhbətlər aparılıb. Komitə tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunaraq bu əlamətdar gün münasibətilə təbriklər çatdırılıb.

Bu cür sosial dəstək tədbirlərinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və sevgi göstərmək, onların cəmiyyətə inteqrasiyasına töhfə vermək və bayram sevincini onlarla bölüşməkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: