Xəbərlər
Neftçalada şəhidin anım günü qeyd olunub
15/04/2026, 10:14

Neftçala rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın adını daşıdığı l Qarabağ müharibəsi şəhidi Mehman Səfərovun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətinin yüksək qiymətləndirildiyi, bütün şəhidlərimizin ruhuna ehtiram göstərildiyi, xatirəsinin uca tutulduğu vurğulanıb. Mehman Səfərovun qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.










