Xəbərlər
Neftçalada "Sülh Aylığı" çərçivəsində ilk HİT-lərlə görüş keçirilib

“Sülh Aylığı” çərçivəsində ETİHİ Neftçala Rayon Komitəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatların sədrləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, əməkdaşlıq və qarşılıqlı fikir mübadiləsinin aparılması, üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində görülən işlərin müzakirəsi olub.
Görüş zamanı həmkarlar ittifaqının təhsil işçilərinin sosial rifahının, əmək hüquqlarının və layiqli əmək şəraitinin təmin olunmasında rolu xüsusi vurğulanıb. Eyni zamanda, həmkarlar ittifaqı sədrlərinin qarşılaşdıqları məsələlər dinlənilib, mövcud problemlərin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təhsil işçilərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə fikir mübadiləsi ilə yekunlaşıb.











