“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Neftçalada tək yaşayan təqaüdçünün evi ziyarət edilib

13/04/2026, 11:50
xeber1

ETİHİ Neftçala rayon Komitəsi “Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə Xıllı qəsəbəsi 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi olmuş, uzun illər pedaqoji fəaliyyət göstərərək ömrünü təhsilə həsr etmiş təqaüdçü müəllim Həsənova Tükəzban Hüseyn qızını ziyarət etdi.

Görüş zamanı tək yaşayan, təqaüdçü müəllim şərəfli və zəngin əmək fəaliyyətindən danışılıb, onun gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Tükəzban müəlliməyə Komitə tərəfindən gül dəstələri , fəxri fərman və mükafat təqdim olunub.

“Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyevanın, keçmiş həmkarlarının və şagirdlərinin görüşə qatılması Tükəzban müəllimə olduqca sevindirici və duyğulu anlar yaşatdı. Səmimi söhbət zamanı ötən illər xatırlandı, müəllimlik peşəsinin şərəfi və məsuliyyəti haqqında fikirlər bölüşüldü.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: