Xəbərlər
Neftçalada təqaüdçü ittifaq üzvlərinə baş çəkildi

“Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə ETİHİ Neftçala rayon komitəsi təqaüddə olan, uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş Neftçala şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Feyzullayeva Almaz Cahangir qızı və Həsənabad qəsəbə 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həşimov Nəzər Abı oğlunun evində qonaq olub.
Layihə çərçivəsində müəllimlərin keçmiş həmkarlarının da görüşə qoşulması bu səmimi məclisə xüsusi rəng qatıb. Uzun illərin zəhmətini, xatirələrini və dostluq bağlarını özündə birləşdirən bu görüş duyğulu anlarla yadda qalıb.
Görüş zamanı müəllimlərə uzunmüddətli pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafına verdikləri dəyərli töhfələrə görə gül dəstələri, fəxri fərmanlar və mükafatlarla təqdim olunub.
Sonda ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşkilatçılara və qonaqlara dərin minnətdarlıqlarını bildiriblər.




